Səudiyyə bəyanat verdi, neft sürətlə ucuzlaşmağa başladı - 32,72 dollar
Səudiyyə Ərəbistanının neft nazirinin açıqlamalarından sonra dünya bazarında neftin qiyməti ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, səhər seanslarında “Brent” markalı neftin bir bareli 32,72 dollara satılıb ki, bu da dünənki qiymətlərdən 1,34 dollar ucuzdur. Qərbi Texas nefti də ucuzlaşır, WTI markalı neftin 1 bareli hazırda 31,08 dollardan satılır. Bu, dünənki qiymətlərdən 1,72 dollar aşağıdır.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının neft naziri bəyan edib ki, OPEK üzvləri bazarda tələb-təklif balansı yaratmaq üçün neft hasilatını azaltmaq niyyətində deyil. Nazir bununla belə Rusiya ilə hasilatı dondurmaq barədə danışıqları davam etdirməyə hazır olduğunu bildirib. Rəsmi Tehran da dünən hasilatı 11 yanvar tarixi səviyyəsində dondurmaq niyyətində olmadığını açıqlayıb. İranın neft naziri bildirib ki, indiki situasiyada İranın hasilatı aşağı salması gülünc olardı. Bu bəyanatlar neftin gün ərzində ucuzlaşmasına səbəb olub. Ekspertlər ucuzlaşma tendensiyasının həftə sonuna kimi davam edəcəyini proqnozlaşdırılar.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı