Sabunçuda 32 yaşlı kişi bıçaqlandı
Ötən gecə Sabunçu rayonunda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində qeydə alınıb.
Sözügedən ünvanda yaşayan 32 yaşlı Bəhruz Yavər oğlu Mahmudov bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub. Həkimlər Bəhruz Mahmudovda daxilə nüfuz edən bir bıçaq xəsarətinin olduğunu bildiriblər.
Hadisə barədə xəstəxanadan polisə məlumat verilib. Yaralının ifadəsi alınıb. Bəhruz Mahmudov bildirib ki, evdə yıxılıb və bu zaman ona bıçaq batıb. Faktla əlaqədar araşdırmalara başlanılıb. Zərərçəkənin ifadəsinin düzgünlüyü aparılan araşdırmalardan sonra bəlli olacaq.
OXŞAR XƏBƏRLƏR
21:36
746
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
816
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
863
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
582
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3411
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4169