Bəşər Əsəd: "Atəşkəsə razıyıq, amma..."
Rəsmi Dəməşq Birləşmş Ştatlarla Rusiya arasında əldə olunan razılaşmaya uyğun olaraq hərbi əməliyyatların dayandırılmasına yalnız İŞİD-lə mübarizənin davam etdiriləcəyi təqdirdə razılıq verib.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, əldə olunan razılaşmanın 27 fevral tarixində qüvvəyə minəcəyi bildirilir.
Bununla belə, əldə olunan atəşkəs anlaşması fonunda Rusiya hərbi təyyarələri və Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya İŞİD, "Ən-Nüsra Cəbhəsi" və BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatı kimi tanınmış digər qruplaşmalara qarşı əməliyyatları davam etdirəcək.
Qeyd edək ki, Suriyada silahlı münaqişənin davam etdiyi 5 il ərzində 250 mindən çox suriyalı həlak olub, 11 milyon insan isə öz evini tərk edib.
OXŞAR XƏBƏRLƏR
21:36
746
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
816
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
863
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
582
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3411
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4169