Dollar, avro və rubl ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dolları manat qarşısında ucuzlaşıb. Mərkəzi Bank dolların kursunu 1,5593 manat olaraq müəyyənləşdirib.
Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında dəyər itirib. Avronun rəsmi məzənnəsi 1,7179 manat olaraq açıqlanıb.
Rusiya rublunun da məzənnəsi azalıb. Hazırda 1000 Rusiya rublu 20 manat 40 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
21:36
764
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
844
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
876
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
585
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3413
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4171