Qazax və Ağstafada Qarabağ əlilləri və şəhid ailələrinə evlər paylandı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qazax rayonunda 8 ədəd, Ağstafa rayonunda isə 4 ədəd olmaqla, ümumilikdə 12 ədəd yeni fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, evlərin təqdim olunması tədbirlərində nazir müavini Natiq Məmmədov, Qazax və Ağstafa rayonları İcra Hakimiyyətlərinin məsul şəxsləri, əlil ictimai birliklərinin, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
"Ötən il Tərtər rayonunda 54 mənzilli yaşayış binası, müxtəlif rayonlarda 82 ədəd fərdi yaşayış evi, hazır yaşayış binalarından tender yolu ilə alınaraq təmir etdirilib 145 ədəd mənzil istifadəyə verilməklə, ümumilikdə 281 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Ölkəmizdə bütün sosial proqramların icrası, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir və cari ilin əvvəlindən artıq 22 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilib", - deyə N.Məmmədov bildirib.
Fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların sosial problemlərinin həllinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına, yeni mənzillərlə təmin edilmələrinə görə minnətdarlıqlarını ifadə ediblər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı