“Azəryolservis”də qanvermə aksiyası keçirildi
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə qanvermə aksiyası keçirilib.
APA TV-nin xəbərinə görə, aksiya Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Azərbaycan Talassemiya Federasiyasının və Qan Donorları Assosiasiyasının təşəbbüsü ilə keçirilib.
Aksiyada “Azəryolservis” ASC-nin sədri Saleh Məmmədov, Cəmiyyətin Aparatının və Bakı şəhərində yerləşən Yol İstismar idarələrinin 300-dən artıq əməkdaşı könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlam olub-olmadığı öncədən müəyyən edilib. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Müəyyənləşdirilmiş qrafik üzrə “Azəryolsevis” ASC-nin digər şəhər və rayonlarında yerləşən idarələrində də qanvermə aksiyaları keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı