Tehranda Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib
Fevralın 23-də Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri başlayıb.
APA TV-nin xəbərinə görə, Azərbaycan və İranın dövlət bayraqlarının dalğalandığı Tehranın “Mehrabad” hava limanında prezident İlham Əliyevi İranın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.
Daha sonra İran prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib. Mərasim Sədabad sarayında təşkil olunub.
İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevi qarşıladıqdan sonra iki ölkənin dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər və birgə foto çəkdiriblər.
İranın dövlət və hökumət nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran prezidenti Həsən Ruhaniyə təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı