Rayonlarda yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacaq
Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.
Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 8-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Fevralın 24-26-da Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz yağıntıda qısa fasilə yaranacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı