Azərbaycanda sabiq millət vəkili həbs edildi
Sabiq millət vəkili Dünyamin Xəlilov həbs edilib.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, D.Xəlilov Daxili İşlər NazirliyiBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə bir müddət əvvəl barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
D.Xəlilov Bakı İstintaq Təcridxanasına köçürülüb. Bakı İstintaq Təcridxanasından APA-ya bildirilib ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilmiş D.Xəlilov fevralın 20-də təcridxanaya gətirilib.
Qeyd edək ki, sabiq deputat D.Xəlilovun Beynəlxalq Bankla bağlı cinayət işində adı keçir. “Globus Plaza”nın sahibi olan D.Xəlilov dələduzluqda təqsirləndirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı