Amerikada hasilat azalır, neft bahalaşmaqda davam edir
Amerika Birləşmiş Ştatlarında neft hasilatının azalmasına dair xəbərlər dünya bazarında “qara qızıl”ın bahalaşmasına səbəb olub. APA TV-nin məlumatına görə, birjaların səhər seanslarında “Brent” markalı neftin qiyməti 34,06 dollar olub ki, bu da dünənki qiymətdən 56 sent bahadır. ABŞ-da şist nefti hasil edən yataqların sayının azalması Qərbi Texas neftinin də bahalaşması ilə nəticələnib. Hazırda aprel ayı üçün bağlanan fyüçerslərdə WTI neftinin 1 barelinin qiyməti 32,80 dollardan müəyyənləşib. Bu, 24 saat əvvəlki qiymətlərdən 40 sent bahadır. ABŞ-da şist neftinin hasilatının bu il və gələn il aşağı düşəcəyinə dair proqnozlar “Brent” və WTI neftləri arasında qiymət fərqinin azalmasına səbəb olub. Hazırda bu fərq 1,26 dollar təşkil edir. Ekspertlər proseslərin bu istiqamətdə inkişafı fonunda neftin qiymətlərinin 30-40 dollar arası sabitləşəcəyini ehtimal edirlər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı