Bakıda qaydanı pozan xanım sürücü avtomobili ilə birlikdə evakuatora mindirildi
Ötən gecə Bakıda yol polisi əməkdaşları qadın sürücünün müqaviməti ilə üzləşiblər.
APA TV-nin məlumatına görə, polis əməkdaşları Neftçilər prospektində yol hərəkəti qaydasını pozan “Hyundai” markalı avtomobilin xanım sürücüsünə “saxla!” əmri versələr də, o, hərəkətini davam etdirib.
Yaradılan süni tıxac nəticəsində avtomobil saxlanılıb. Lakin sürücü avtomobilin qapılarını bağlayaraq, sənədlərini polis əməkdaşına verməkdən imtina edib. Yoxlama zamanı məlum olub ki, Viktoriya Vlasovanın idarə etdiyi avtomobil axtarışdadır. O, iki ay əvvəl yol-nəqliyyat hadisəsi törədərək ərazidən yayındığı və banka borclu olduğu üçün axtarışa verilib.
Sənədlərini polis əməkdaşına təqdim etməyən xanım sürücü mobil telefonla tanışı ilə danışdıqdan sonra sükan arxasından sərnişin yerinə keçib. Viktoriya Vlasova müqavimət göstərdiyi üçün əraziyə əməliyyat qrupu cəlb edilib. O, avtomobildən düşmədiyindən, evakuator da çağırılıb. Avtomobil sürücü ilə birgə evakuatora mindirilib.
DYP əməkdaşı Səxavət Abdullayev hadisəni belə təsvir edib: "İki patrul maşınının köməyi ilə "Azneft" dairəsində saxlamışıq. Bir saatdan artıqdır sürücü bizə sənəd təqdim etmir. Qapılar bağlı vəziyyətdədir. Çox güman ki, içkilidir. Avtomobilin iki aydan artıq ödənilməmiş cərimə borcu var və yol-nəqliyyat hadisəsi törədərək yayınıb”.
Avtomobil cərimə meydançasına aparılıb. Xanım sürücü cərimə meydançasında da avtomobildən düşməyib. Araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı