Bakıda iki maşın toqquşdu, sərnişin xəsarət aldı
Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb. “20 Yanvar” dairəsi istiqamətində hərəkətdə olan “Volkswagen” markalı avtomobillə BYD markalı maşın toqquşub. Zərbənin gücündən “Volkswagen” səkiyə çıxıb.
Qəza nəticəsində BYD-də olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. “Volkswagen”in sürücüsü Hasil Məmmədov hadisə ilə bağlı bunları deyib: “Mən baş yolla gəlirdim. Digər avtomobil məni gözləməliydi. Çünki geriyə dönmə edirdim. Mənim avtomobilimin sürəti 50-60 km/saat idi. Gözləmədi, mən nə qədər qəzadan qaçmağa çalışsam da, alınmadı”
Qəzanın dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizanın rəyindən və ərazidəki kamera görüntülərinə baxıldıqdan sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı