Dünyanın axtardığı radioaktiv maddə tapıldı
Ötən ilin oktyabr ayında İraqda oğurlanan və İŞİD-in əlinə keçdiyi şübhə doğuran radioaktiv maddə tapılıb.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, "İridium 192" kapsulaları Bəsrə yaxınlığındakı Zübeyr şəhərində torpağa basdırılmış halda tapılıb.
Bəsrə Regional Şurasının üzvü Nashat Şaban əl-Maksosi radioaktiv maddənin çevrə üçün risk təşkil etmədiyini qeyd edib: "Böyük ehtimalla bu cihaz şirkət işçiləri tərəfindən oğurlanıb. Ancaq görünür ki, onların bu cihazla bağlı heç bir məlumatları olmayıb, ona görə sata bilməyiblər. Hökumətin də cihazı axtardığını eşidib, ondan qurtulmaq istəyiblər".
Qeyd edək ki, İraq hökuməti Bəsrədəki ABŞ neft şirkətinə məxsus müəssisədən oğurlanan bu maddədən bomba hazırlana biləcəyini açıqlamışdı.
OXŞAR XƏBƏRLƏR
21:36
834
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
913
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
943
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
586
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3413
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4171