Totti “Roma”dan qovuldu
“Roma”nın ötən günkü məşqində insident baş verib. APA TV-nin “La Gazette dello Sport”a istinadən məlumatına görə, “canavarlar”ın baş məşqçisi Luçano Spaletti komandanın kapitanı Françesko Tottini məşqdən qovub.
Buna səbəb 39 yaşlı veteran futbolçunun ötən gün verdiyi müsahibədir. Belə ki, yerli mətbuata danışan ulduz futbolçu komandadakı hazırkı vəziyyətindən narazı olduğunu, ayrılmaq istədiyini və ona daha çox hörmət edilməli olduğunu bildirib. Bu açıqlamalar isə 56 yaşlı Spalettini qane etməyib.
Əşyalarının toplayan və komanda yoldaşları ilə vidalaşan Totti klubun bazasını tərk edib və evinə yollanıb.
OXŞAR XƏBƏRLƏR
21:36
835
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
914
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
944
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
586
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3413
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4171