Sahibsiz itlər Tovuz sakininə hücum etdi
Sahibsiz itlər Tovuz rayon sakininə xəsarət yetirib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Kənd sakini, 43 yaşlı Mübariz Əsgərov həyətində olarkən sahibsiz itlər ona hücum edib və ayağına xəsarət yetiriblər. O, dərhal qonşuların köməyi ilə kənd tibb məntəqəsinə çatdırılıb. Zərərçəkənə quduzluq əleyhinə vaksin vurulub. Hazırda ev şəraitində müalicə alan rayon sakininin vəziyyəti kafi qiymətləndirilir.
Zərərçəkən Mübariz Əsgərov hadisəni belə xatırlayır: "Sahibsiz itlər bağımızda çox olur. Bağımızın yanında çardağımız var. Onun altı qurudur deyə, ən çox ora yığışırlar. Qışdır deyə ac qalırlar, yeməyə bir şey tapmırlar. Hər gün olduğu kimi, çardağa getdim. Hər ehtimala qarşı özümlə yaba götürmüşdüm. Çardağa girəndə itlərin hamısı üstümə cumdu. Nə qədər əlləşsəm də, özümü qoruya bilmədim. İtlərdən biri ayağımdan dişlədi. Səs-küyə dostlarım gələndə itlər qaçdı".
Sahibsiz itlər Aşağı Quşçudan başqa rayon mərkəzi və Ağdam, Yuxarı Öysüzlü kəndlərində də sakinlər üçün təhlükələr yaradır.
Bir müddət əvvəl sahibsiz itlər rayonun Yuxarı Öysüzlü kəndində 10-a yaxın qoyuna hücum edərək onları öldürüb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı