Gəncədə ikiqat Azərbaycan çempionunu güllələyən şəxs tutuldu
Gəncədə ikiqat Azərbaycan çempionu qətlə yetirilib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə fevralın 20-də axşam saatlarında şəhərin Əttarlar küçəsində, “Kəpəz” mehmanxanasının qarşısında qeydə alınıb.
Şəhər sakini, 32 yaşlı Elmir Cəlilov odlu silahla vurulub. O, hadisə yerində dünyasını dəyişib. Hadisənin törədildiyi əraziyə avtomobil şüşəsinin qırıqları tökülüb. Qətlin hansı səbəbdən törədilməsi hələ ki, məlum deyil.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Elmir Cəlilovu odlu silahla qətlə yetirən, Gəncənin Əttarlar küçəsində yaşayan 32 yaşlı Anar Tağıyev saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Qeyd edək ki, qətlə yetirilən Elmir Cəlilov peşəkar idmançı olub. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev sosial şəbəkə vasitəsilə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovun vəfatı ilə bağlı mesaj yayıb. O, idmançının ölümünü böyük itki adlandırıb və ailəsinə başsağlığı verib.
Elmir Cəlilov ailəli, 2 uşaq atası olub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı