Azərbaycan Ordusunda tank heyətlərinin yarışı keçirilir
Azərbaycanın müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən tank hərbi hissə və bölmələrində "Ən yaxşı tank heyəti" adı uğrunda yarışlar keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, yarışlarda tank heyətləri maneə sahəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tank əleyhinə xəndəyi və eskarpı dəf etməklə, çətin şəraitdə sürücülük tapşırıqlarını yerinə yetirirlər. Heyətlər yerində və hərəkətdə atəş açmaqla təlim sahəsində yaradılmış müxtəlif hədəfləri məhv edir.
Yarışların yekununda birliklərdə ilk iki yeri tutan heyətlər Silahlı Qüvvələr üzrə keçiriləcək yarışlarda iştirak edəcək və ən yaxşı tank komandiri, tuşlayıcı operator və mexanik sürücülər seçiləcək.
OXŞAR XƏBƏRLƏR
21:36
853
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
930
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
961
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
589
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3415
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4174