Ankara terrorunu üzərinə götürən terror təşkilatının yalanı ifşa edildi
Ankarada 28 insanın ölümü ilə nəticələn terror aktının məsuliyyətini üzərinə götürən "Kürdüstan Müstəqillik Şahinləri"nin (TAK) yalan dediyi məlum olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, PKK-nın qolu olan TAK-ın adlı terror qruplaşmasının özünü partladan terroristə aid olduğunu iddia etdiyi fotonun fotoşop olduğu ortaya çıxıb.
Rəsmi Ankara terrorun PKK-nın Suriya qolu olan YPG üzvü Salih Nəccar tərəfindən törətdiyini açıqlayıb. 1992-ci ildə doğulan Nəccar bir müddət əvvəl Türkiyəyə Suriyadan keçib. Ölkəyə daxil olarkən barmaq izi götürülüb. Türkiyənin baş naziri Davudoğlu da hadisəni Salih Nəccarın törətdiyi deyib.
Bir müddət sonra isə PKK terror təşkilatının digər qolu olan TAK hadisəni törədən şəxsin adını və fotosunu yayaraq terrorun məsuliyyətini öz üzərinə götürüb. Bombalı avtomobili partladan şəxsin Vanda doğulan Abdulbaki Sönməz olduğunu qeyd edib. Mütəxəssislər tərəfindən araşdırılan fotonun fotoşop olduğu məlum olub.
Fotonun əslinin Şafak İnana aid olduğu, Sönməzin baş hissəsinin əlavə edildiyi görünür. Şafak İnan "O fotonu 2010-cu ildən etibarən bütün köşə yazılarımda istifadə edirəm" - deyə bildirib.
Bu isə onu göstərir ki, TAK-ın məqsədi nəzərləri YPG-nin üzərindən yayındırmaq olub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı