Lənkəranda avtomobil su kanalına düşdü
Lənkəranda 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə fevralın 19-u saat 21.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Gil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəranın Digah kənd sakini, 21 yaşlı Orxan Əkrəm oğlu Heydərovun idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetmənin itirilməsi üzündən yolun kənarındakı su kanalına düşüb. Nəticədə sürücü və daha üç nəfər - Lənkəran şəhər sakinləri, 20 yaşlı İbrahim Yusif oğlu Abdullazadə, 25 yaşlı Arif Rasif oğlu Muradov və 22 yaşlı İlkin Azər oğlu İsmayılzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilib, lakin vəziyyətləri orta-ağır qiymətləndirilir.
İlkin versiya kimi qəzanın avtomobilin sürüşkən yolda sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə avtotexniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı