Azərbaycan prezidenti İndoneziya parlamenti sədrinin müavinini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, dövlət başçısı Azərbaycan-İndoneziya ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu bildirib, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və dəstəyin olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanın İndoneziya ilə əlaqələri siyasi, iqtisadi, sərmayə qoyuluşu, mədəniyyət, turizm, təhsil, o cümlədən parlamentlərarası əməkdaşlıq və digər sahələrdə daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Ölkələrimiz arasında əməkdaşlığın daha güclü formatının yaradılmasının zəruriliyini qeyd edən dövlət başçısı İndoneziya parlamenti Nümayəndələr Palatası üzvlərinin Azərbaycana səfərinin uğurlu olacağına və əlaqələrimizin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyacağına ümidvar olduğunu deyib.
İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini F.Hamzah təmsil etdiyi qurumun Azərbaycan parlamenti ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib. Artıq Bakıda Azərbaycan-İndoneziya parlamentlərarası dostluq qrupunun yaradıldığını vurğulayan qonaq belə bir qurumun Cakartada da yaradılacağını deyib. F.Hamzah parlamentlərarası dostluq qruplarının fəaliyyətinin ölkələrimizin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi işinə xidmət edəcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı