DİN İTV-nin əməkdaşının itkin düşməsi ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi İTV-nin əməkdaşının itkin düşməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlunun 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmaması barədə polisə məlumat daxil olub.
Məlumatda qeyd olunur ki, Rəşad Əliyevin boyu 1 metr 75 santimetr, gözlərinin rəngi qəhvəyidir.
Rəşad Əliyevi görənlərdən və ya barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (012) 590-96-29, 590-95-31, 590-93-08 nömrəli şəhər, (051) 920-59-12 nömrəli mobil telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, Rəşad Əliyev İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışır. O, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı