Rusiya Ermənistana silah almaq üçün 200 milyon dollar verdi
Rəsmi Moskva və İrəvan Ermənistana 200 milyon dollar kredit ayrılmasına dair saziş imzalayıblar. APA TV-nin xəbərinə görə, bu barədə məlumat Rusiyanın rəsmi hüquq informasiya portalında yerləşdirilib.
Məlumata görə, kredit ilk ödəniş 2018-ci ilin əvvəlinə qədər ödənilməklə 10 il müddətinə verilib.
Vəsait Rusiya istehsalı olan hərbi texnikanın və silahların alınmasının maliyyələşməsinə ayrılıb.
Sənədə əlavəyə əsasən, Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemləri və onun sursatlarını, “Igla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”, “TOS-1A” ağır odatanları, “9M113M” idarəolunan raketləri, “RPG-26” qumbaraatanları, "Draqunov" snayper tüfəngi, “Tiqr” zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri alacaq.
Qeyd olunub ki, siyahı ikitərəfli razılıq əsasında dəyişdirilə bilər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı