Ərdoğanın oğlu həbs edilə bilər
İtaliyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu haqqında cinayət işi açılıb. APA TV-nin məlumatına görə, prezidentin oğlu Bilal Ərdoğan çirkli pulların yuyulmasında ittiham edilir.
Bilal Ərdoğan haqqında cinayət işi Fransada mühacir həyatı yaşamağa məcbur olan türk iş adamı Murad Hakanın şikayət ərizəsi əsasında açılıb. Onun iddialarına görə, Bilal Ərdoğan İtaliyaya qeyri-qanuni işlərdən əldə olunmuş böyük miqdarda pul keçirib.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi Türkiyə hökumətini, prezident və onun ailəsinin İŞİD terror qruplaşması ilə ticari əlaqələr yaratmaqda, xüsusən də neft almaqda günahlandırıb. Bildirilib ki, İŞİD neft satışından 2 milyarda dollar gəlir əldə edir, onun əsas alıcısı isə Türkiyədir. O zaman Türkiyə prezidentinin oğlu iddiaları əsassız adlandıraraq, onun Suriya və İraqdan qeyri qanuni neft alqı-satqısı ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
2013-cü ildə Türkiyə prokurorluğu Bilal Ərdoğanı çirkli pulların yuyulmasında ittiham edib. Bilal Ərdoğan 2015-ci ilin payızında Con Hopkins Universitetində doktorluq dərəcəsinin müdafiəsi üçün İtaliyaya gedib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı