Gəncədə “VAZ-2107”-nin vurduğu 23 yaşlı gənc öldü - YENİLƏNİB
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində, Gəncə-Göygöl avtomobil yolunda qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən 1992-ci təvəllüdlü Rəcəbli Tural Yaşar oğlunu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Açıq kəllə-beyin travması, hər iki aşağı ətraf sümüklərinin sınığı xəsarəti alan Tural Rəcəbli reanimasiya şöbəsinə yerləşdirilib. Dərhal əməliyyat olunan yaralını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
21:36
875
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
951
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
982
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
592
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3419
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4176