Ucardakı xurma bağlarına naməlum virus düşüb
Ucarın Xalac kəndində fermerlərin ciddi narahatçılğına səbəb son iki ildə bağlarındakı xurma məhsullarına naməlum virusun düşməsidir. Bu virus avqust ayından etibarən əvvəlcə meyvənin yarpaqlarına düşür. Sarı-qara rəngdə olan pas ləkələr yarpaqların bir həftə ərzində solaraq düşməsinə, daha sonra ağacdakı meyvələrə keçməsinə səbəbə olur. Xurma meyvəsi adətən oktyabrda yetişdiyi halda bu xəstəlik üzündən sentyabrda dəyir. Lakin bu xəstə meyvə həm xarici görünüşünə, həm də dadına görə fərqli, orqanizm üçün təhlükəlidir. APA TV-nin xəbərinə görə, 3 gün müddətində isə xəstə ağacda nə meyvə, nə də yarpaq tapılır.
20 ildir ki, xurmanı yaxşı qiymətə xarici bazara satdıqlarını deyən fermerlər əvvəllər bir ağacdan 200-400 kq olmaqla ilə 20-30 ton xurma yığdıqlarını bildirirlər və naməlum virusun əlindən oktyabrın 20-dən sonra bir məhsul belə tapmayacaqlarından narahatdırlar.
Ucarda ixtisaslı mütəxəssilərin çalışdığı Bitki mühafizə idarəsinin rəisi və ixtissaslı aqronom Əlsahib Seyidov isə belə bir virusun varlığından xəbərsiz olduğunu və fermerlərin ona müraciət etmədiyini deyir.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"