DSX rəisi Elçin Quliyev Lənkəranda vətəndaşları qəbul edib
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunları Komandanı, general-polkovnik Elçin Quliyev fevralın 18-də Lənkəran Sərhəd Dəstəsində Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının sakinlərini qəbul edib.
APA TV-nin cənub bürosunun məlumatına görə, qəbul zamanı Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi zamanı ortaya çıxan problemlər, mənzil və torpaq sahələrinin sənədləşdirilməsi, sosial müavinətlərin verilməsi, tibbi yardımım göstərilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, yaşadıqları sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı E.Quliyevə müraciətlər olunub.
Vətəndaşların müraciətlərini, şikayət və təkliflərini diqqətlə dinləyən Dövlət Sərhəd Xidmətinin rəisi əksər məsələlərin yerindəcə həll olunması üçün tabeliyindəki strukturların rəhbərlərinə göstərişlərini verib.
Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb və baxılmasından ötrü nəzarətə götürülüb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı