Neft kəskin bahalaşdı, qiymətlər 35 dolları keçdi
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, səhər seanslarında “Brent” markalı neftin 1 bareli 35,10 dollardan satılıb ki, bu da 24 saat əvvəlki qiymətdən 2,67 dollar çoxdur. Qərbi Texas nefti də gün ərzində 2 dollardan çox bahalaşıb. WTI markalı neftin bir bareli hazırda 31,17 dollardan satılır.
Neftin qəfil bahalaşmasına İranın neft naziri Bijan Zanqanenin açıqlamaları səbəb olub. Zanqane bildirib ki, ölkəsi dünya neft bazarında qiymətlərin sabitləşməsinə öz töhfəsini verməyə hazırdır. O, qiymətlərin stabilləşməsinə dair OPEK üzvlərinin səylərinin İran tərəfindən dəstəkləndiyini açıqlayıb.
OXŞAR XƏBƏRLƏR
21:36
945
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1025
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1049
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
595
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3421
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4180