Roma papasını yıxdılar
Roma papası Fransisk Meksikada xoşagəlməz insidentlə üzləşib. APA TV-nin məlumatına görə, papanın Morella şəhərinin sakinləri ilə görüşündə dindarlardan biri onu əlil şəxsin üstünə yıxıb.
Roma papası kütləyə yaxınlaşarkən, dindarlardan biri onun mantiyasının qolundan tutub və özünə tərəf çəkib. Nəticədə Fransisk müvazinətini itirib və az qala bütün bədəni ilə qarşısındakı əlil arabasının üstünə düşüb.
Roma katolik kilsəsi rəhbərinin köməkçiləri papanı tuta biliblər. Papa üstünə yıxıldığı əlilin alnından öpüb. Amma fanat Fransiskin mantiyasının buraxmayıb və yenidən özünə tərəf dartmağa başlayıb. Nəticədə Fransusk ikinci dəfə yıxılıb.
Bu davranış pontifiki əsəbiləşdirib. O, hadisəni törədən şəxsə bir neçə dəfə ispanca “Eqoist olma!” deyib.
OXŞAR XƏBƏRLƏR
21:36
945
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1025
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1049
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
595
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3421
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4180