Bakıda sərxoş sürücü yol polisinin maşınını çəkiclədi - HADİSƏ YERİNDƏN
Bakıda sərxoş sürücü yol polisinin avtomobilinə hücum edib.
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün saat 14:15 radələrində yol polisi tərəfindən saxlanılan sürücü Şahin Mail oğlu Bəylərov çəkiclə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə maşına ciddi ziyan dəyib.
Hadisəni törədən Şahin Bəylərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə şahidləri əvvəlcə yol polisi avtomobilinin qəzaya düşdüyünü ehtimal ediblər.
OXŞAR XƏBƏRLƏR
21:36
957
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1035
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1061
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
595
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3421
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4180