Barak Obama: "Putinə baş qoşmaq ağılsızlıq olardı"
Birləşmiş Ştatlar prezidenti Barak Obama bildirib ki, onunla rusiyalı həmkarı Vladimir Putin arasında Suriya məsələsində hər hansı bir yarışdan söhbət gedə bilməz.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, Obama deyib ki, Rusiyanın müdaxilə etməsi Suriya müharibəsinin başa çatmasını bir qədər də ləngidəcək.
Bu açıqlamaları o, Kaliforniyada keçirilən ABŞ - ASEAN ölkələri sammitindəki mətbuat konfransı zamanı verib. Onun qənaətincə, Rusiya və Bəşər Əsəd rejiminin müəyyən uğurlar əldə etməsini düşünmək və buna görə də müharibənin başa çatmasını söyləmək doğru deyil: "Ölkənin yarısı öncəki kimi Bəşər Əsəd deyil, digər şəxslərin nəzarətindədir. Yeri gəlmişkən, mən bunu istəmədən etiraf etməliyəm. Bu məsələ mənimlə Vladimir Putin arasında yarış predmeti deyil".
Bununla belə, Barak Obama Rusiyanın Suriyada uğursuzluğa düçar olacağı qənaətindədir. "Vladimir Putin Suriyanın işğalını davamlı olaraq sürdürəcəyini düşünür, amma bu, çox da uzun çəkməyəcək. Əgər ölkə iqtisadiyyatının indiki vəziyyətini nəzərə alsaq, bu hazırda Rusiya üçün heç də yaxşı ideya deyil", - deyə, Barak Obama bəyan edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı