Türkiyə İŞİD və PYD-nin mövqelərini bombaladı
Ötən gün Türkiyə Silahlı Qüvvələri Suriyanın bir neçə bölgəsini bombardman etməyə başlayıb.
APA TV-nin məlumatına görə, Suriyanın Bab bölgəsindən İŞİD terrorçu qruplaşması tərəfindən Türkiyə ərazisi atəşə tutulub. Buna qarşılıq olaraq Türkiyə Ordusu "Fırtına" topları və tanklarla İŞİD terrorçularının olduğu bölgəni atəşə tutub.
Bundan başqa, Türkiyə Silahlı Qüvvələri PKK-nın Suriya qanadı olan PYD terrorçularının nəzarətində olan sərhədə yaxın bölgələri hələ də bombalayır.
Türkiyə mətbuatının yazdığına görə, Türkiyə ordusunun Suriya ərazisini bombalaması nəticəsində 150-yə yaxın terrorçu öldürülüb. Onların ölümü Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatlar vasitəsilə çəkilib.
Türkiyənin baş naziri Əhməd Davudoğlu və milli müdafiə naziri İsmət Yılmaz Suriya ərazisinin bombardman edilməsi barədə açıqlama verib. Əhməd Davudoğlu bəyan edib ki, YPG və PYD terror təşkilatları kürdlərin və Suriyanın təmsilçisi deyil, Rusiyanın legioner, muzdlu əsgərləridir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı