"Fənərbaxça" rus klubundan üstün oldu - QOLLAR
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin oyunları başlayıb. APA TV-nin məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində Türkiyə təmsilçisi “Fənərbaxça” Moskva “Lokomotiv”ini qəbul edib. İstanbulda “Şükrü Saraçoğlu” stadionu baş tutan oyunu baş hakimi Martin Stromberqsson olub.
Oyuna prinsipiallıq qatan əsas məqamlardan biri də iki ölkə arasındakı siyasi gərginlik olub. Bu gərginlik oyundan əvvəl xoşagəlməz hadisənin baş verməsinə də səbəb olub. Belə ki, “Fənərbaxça” futbol klubunun azarkeşləri Moskvanın “Lokomotiv” klubunun azarkeşlərini daşıyan avtobusu daş-qalaq edib.
Olduqca gərgin keçən oyunda hesabı açan "Fənərbaxça" olub. 18-ci dəqiqədə Souzanın atdığı qolla ev sahibi komanda üstünlük əldə edib. Oyunun birinci hissəsi də bu hesabla bitib.
Qarışlıqlı hücumlarla başlayan oyunun ikinci yarısı da olduqca gərgin keçib. Rəqib qapısına davamlı hücum edən fənərlilər bir neçə real qol şansını qaçırıblar. Buna baxmayaraq oyunun 72-ci dəqiqəsində Jozef Souza komandasının və özünü ikinci qolunu vurub.
Oyunda başqa qol olmayıb və matç 2:0 "Fənərbaxça" nın xeyrinə bitib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı