Lənkəranda 20 yaşlı sürücü yol qəzasında dünyasını dəyişib
Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 30-da saat 10.30 radələrində Lənkəran-Lerik şose yolunun rayonun Rvo kəndindən keçən hissəsində qeydə alınıb. “KamAZ” markalı yük maşını ilə “VAZ-21015” markalı minik avtomobili toqquşub. Nəticədə “VAZ-21015”-in sürücüsü, rayonun Qrumba kənd sakini, 1993-cü il təvəllüdlü Kamran Eyvaz oğlu Abdullayev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
OXŞAR XƏBƏRLƏR
15:19
226
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
312
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1122
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1111
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
12:38
1104
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
12:22
404