Ceyms Appaturay: "Rusiya Türkiyənin hava məkanını pozmaqdan çəkinməlidir"
“Biz Azərbaycanda minalardan təmizləmə layihələrinə töhfə vermişik”. APA TV-nin məlumatına görə, bunu Bakıda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.
O bildirib ki, müvafiq layihə hazırda ikinci mərhələnin sonuna yaxınlaşır: “Birinci mərhələ yekunlaşıb, təxminən 1 600 hektar ərazi təmizlənib. Bu ərazilərin təmizlənməsi iqtisadi fəaliyyət göstərmək üçün imkanlar yaradır”.
NATO rəsmisi Bakıya səfəri çərçivəsində Rusiya və qonşularla münasibətlər, Orta Asiyadakı vəziyyət, İranla nüvə razılaşmasının regiona təsirləri və digər məsələləri müzakirə etdiyini deyib.
Baş katib eyni zamanda Türkiyə və Rusiyanı vəziyyəti gərginləşdirməməyə və məsələni həll etməyə çağırıb. C.Apaturay qeyd edib ki, gərginliyə səbəb Türkiyə hava məkanının bir dəfədən artıq olmaqla pozulmasıdır: “Dəfələrlə edilən çağırışlara baxmayaraq, Rusiya hərbi hava qüvvələri buna yol verib. Bu da məlum insidentlə nəticələnib. Türkiyə və NATO rəsmilərinin açıqlamalarını bir daha təkrarlayıram ki, Rusiya Türkiyənin hava məkanını pozmaqdan çəkinməlidir. Orada hərbi aktivlik var. Rusiya bunların böyük əksəriyyətinə görə məsuliyyət daşıyır”.
Ceyms Apaturay həmçinin təmsil etdiyi təşkilatın Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək dəyərləndirdiyini də diqqətə çatdırıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı