Türkiyədən Suriyaya 500 müxalif döyüşçü keçdi
Türkiyədən Suriyaya 500 müxalif döyüşçü keçib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Kobaninin İŞİD-dən qurtarılması üçün döyüşən müxaliflər bu dəfə Azezi PYD-dən qoruyacaq.
PYD-nin Hələbin şimalında irəliləməyə, Əsəd və Rusiya gücləri ilə birgə Azez-Hələb xəttinin bağlanmasına çalışması və Türkiyə tərəfə atəş açması səbəbindən Türkiyə PYD-ni toplarla bombalayıb. Eyni zamanda PYD-nin silahlı qanadı YPG-nin irəliləyişini dayandırmaq üçün "Feylak-ı Şam" qrupu İdlibdə saxladığı 500 döyüşçünü fevralın 13-də Cilvəgözü sərhəd keçid məntəqəsindən Azez bölgəsinə göndərib.
Döyüşçülərin daşınması Türkiyənin razılığı və nəzarətində həyata keçirilib. Müxalif döyüşçülərlə birgə onların istifadə etdiyi silahlar da İdlibdən Azezə aparılıb. Hələb və İdlibdə döyüşən "Feylak-ı Şam"ın 2500-ə qədər döyüşçüsünün olduğu qeyd olunur.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı