Rusiya və OPEK razılaşdı: Hasilat azaldılır, neft bahalaşacaq
Rusiya və OPEK neft hasilatını 11 yanvar tarixindəki həcmdə dondurmaq barədə razılıq əldə ediblər. Rusiya mətbuatı bu barədə energetika naziri Aleksandr Novakla kartel üzvlərinin görüşündə iştirak edən Qətər nümayəndəsinə istinadən xəbər yayıb. Səudiyyə Ərəbistanının neft naziri Əli ən-Niaymi bildirib ki, ölkəsi bazarda təklif çox olduğuna görə hasilatı artırmamağa razılıq verib.
Xatırladaq ki, hasilatın 11 yanvar tarixli həcmdə dondurulması ideyasını Venesuelanın neft naziri Eulixio del Pino irəli sürüb.
Qeyd edək ki, dünya bazarında neftin qiymətinin ucuzlaşmasına təsir göstərən faktorlardan biri OPEK üzvü ölkələrin ümumi gündəlik hasilatı 1,5-2 milyon barel artırması idi. Bu faktorun aradan qalxması neftin bahalaşmasına təsir göstərəcək.
OXŞAR XƏBƏRLƏR
21:36
973
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1054
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1078
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
599
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3424
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4183