İran Rusiyadan 8 milyard dollarlıq silah və hərbi texnika alır
İran Rusiyadan 8 milyard dollarlıq silah-sursat və hərbi texnika almağa hazırlaşır. APA TV-nin məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər yayıb.
İranın müdafiə naziri Hüseyn Dehqanın fevralın 15-də Moskvaya səfəri başlayıb. Nazir bu gün adı çəkilən ölkənin prezidenti Vladimir Putinlə bir araya gələcək. Görüşdə hərbi əməkdaşlığın və ticarətin genişləndirilməsi məsələsi müzakirə olunacaq.
Bundan əlavə Hüseyn Dehqan rusiyalı həmkarı Sergey Şoyqu və Rusiya baş nazirinin müavini Dmitri Roqozinlə də görüşəcək.
Rəsmi Tehranın Kremlə artıq alacağı silahların və texnikanın siyahısını təqdi etdiyi deyilir. İran tərəfi Rusiyanın "Su-30SM" qırıcıları, "Yak-130" təlim-döyüş təyyarələri, "Mi-8" və "Mi-17" helikopterləri, "Bastion" tipli zenit-raket kompleksləri, "Yaxont" gəmiləri, dizel-elektrik mühərrikləri, sualtı qayıqlar və başqa hərbi texnikalarının alınmasında maraqlıdır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı