Davudoğlu: "Suriyada xəstəxanaların vurulduğu raketlər Xəzər dənizindən atılıb"
Rusiya Suriyanın Hələb və İdlib şəhərlərindəki 5 tibb müəssisəsi və 2 məktəbə zərbələr endirib.
APA TV-nin məlumatına görə, raket zərbələri nəticəsində 50-yə yaxın mülki şəxsin öldüyü, xeyli sayda adamın yaralandığı bildirilir.
BMT baş katibinin sözçüsü Farhan Haq bildirib ki, hava zərbələri “Sərhədsiz Həkimlər” beynəlxalq təşkilatının dəstəklədiyi xəstəxanalara endirilib. O, hücumları beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib.
Məlumata görə, İdlibdə xəstəxanalardan birinə hava zərbələri endirildikdən sonra yaralıların başqa xəstəxanalara daşınmasına başlanılıb. Bu dəfə Rusiya təyyarələri həmin xəstəxananı bombalamağa başlayıblar.
“Sərhədsiz Həkimlər” təşkilatı yaranmış vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, xəstəxanalardan birinə qısa fasilələrlə dörd dəfə zərbə endirilib.
Ukraynada səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu hadisə ilə bağlı Kiyevdə danışıb. O, bildirib ki, Suriyada xəstəxanaların vurulduğu raketlərin Xəzər dənizindən atıldığı ehtimal edilir: “Biz burda danışıqları davam etdirərkən Rusiya Xəzərdən atılan ballistik raketlərlə məktəb və xəstəxanaları vurub, çoxlu sayda uşaq və mülki şəxs həyatını itirib”.
Suriyada xəstəxana və məktəblərin vurulması ABŞ Dövlət Departamenti tərəfindən də pislənilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı