Lənkəranda narkotik alverçisi yaxalandı
Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda qanunsuz narkotik vasitə dövriyyədən çıxarılıb.
Bu barədə məlumatı APA TV-nin cənub bürosuna Lənkəran ŞRPŞ-nin müstəntiqi, polis kapitanı Toğrul Hüseynov verib.
Onun sözlərinə görə, şübhəli şəxs qismində saxlanılan rayonun Sütəmurdov kənd sakini, əvvəllər məhkum olmuş Heydər Əbdül oğlu Əliyevin üzərində ümumi çəkisi 1 kiloqram 535 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb.
İki ədəd sellofan bağlamada olmaqla, bir hissəsinin 50 ədəd kibrit qutusuna qablaşdırılmış vəziyyətdə olması narkotik vasitənin satış məqsədilə əldə edildiyini sübuta yetirib. Bundan əlavə, saxlanılan şəxsin üzərindən kiçik ölçü tərəzisi də aşkarlanıb.
H.Əliyev barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı