Cəlilabad-Yardımlı şosesində sürüşmə aktivləşib
İntensiv yağıntılardan sonra Cəlilabad-Yardımlı avtomobil yolunda sürüşmə zonaları yenidən aktivləşib.
APA TV-nin cənub bürosunun məlumatına görə, ən təhlükəli vəziyyət yolun Zəhmətabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, əsasən dağ yamaclarından keçən avtomobil yolunun ayrı-ayrı ərazilərində yağış-qar sularının gölməçə halında toplanaraq çatlara dolması vəziyyəti daha da çətinləşdirib.
Ərazidə torpaq qatının demək olar ki, hər gün genişlənərək dərəyə doğru hərəkət etməsi yaxınlıqdakı evlər və təsərrüfatlar üçün də təhlükə yaradıb.
Yerli sakinlərin sözlərinə görə, təkcə son günlər burada yol yatağı bir metrə yaxın çöküb. Yağıntılı günlərdə yoldan keçən nəqliyyat vasitələri çətinliklərlə üzləşirlər.
Mövcud vəziyyət rayonun yerli icra strukturların gündəmindədir. Yolda nəqliyyat vasitələrinin hərəkətinin təmin olunması məqsədilə çökmüş ərazilərə çınqıl, daş və torpaq tökülüb. Sürüşmə ərazisinin aktivliyi isə aidiyyəti qurumlar tərəfindən daim nəzarətdə saxlanılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı