Dağıstanda polis postu partladıldı: 4 ölü
Dağıstanın Cəmikənd rayonu ərazisindəki polis postu yaxınlığında terror aktı törədilib. APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, posta yaxınlaşan "Lada Priora" markalı minik avtomobili partladılıb.
Hadisə nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Partlayış "Lada Priora"nın polis tərəfindən saxlanılmasından dərhal sonra törədilib. Hadisənin terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir.
Dağıstan hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə zamanı ərazidə olan "Mercedes", "QAZel", "VAZ 21099" və daha bir yük avtomobili də yanaraq, kül olub. Eyni zamanda postun yerləşdiyi tikilinin bir hissəsi də dağılıb. Yerli polisin məlumatına görə, hadisənin özünü "Cənub dəstəsi" adlandıran qruplaşma tərəfindən törədildiyi güman edilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı