Dövlət Komitəsinin keçmiş aparat rəhbəri 170 min dollarlıq dələduzluqda ittiham olunur
Azərbaycanda Dövlət Komitəsinin keçmiş aparat rəhbəri dələduzluqda ittiham olunur.
APA-nın məlumatına görə, bu barədə vəkil Adəm Məmmədov sosial şəbəkələrdə məlumat paylaşıb.
Vəkil qeyd edib ki, Azərbaycanda Dövlət Komitəsinin aparat rəhbəri vətəndaşı icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dolları alıb. Sonra isə ölkədən qaçıb. Vəkil həmin komitənin və pulu alan vəzifəli şəxsin adını açıqlamayıb.
APA-nın əldə etdiyi məlumata görə, dələduzluqda ittiham olunan şəxs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbəri Səfər İmanovdur. Onun haqqında araşdırma aparılması üçün Dövlət Komitəsi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə fevral ayının əvvəlində müraciət edilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı