İŞİD-ə ağır zərbə: terrorçu qruplaşmanın 16 komandiri məhv edildi
İraqın Ramadi şəhərində koalisiya qüvvələrinin keçirdiyi hava hücumu nəticəsində İŞİD-in 16 məsul şəxsi öldürülüb.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İŞİD rəhbərlərinin toplantı keçirdiyi barədə hökumət qüvvələrinin komandanlığına məlumat daxil olub.
İraq Ordusu və koalisiya qüvvələri toplantının keçirildiyi qərargahı bombalayıb. Nəticədə İŞİD terror qruplaşmasının rəhbərlərindən Ziya Adil Xəlil əl-Akavi və onun 15 köməkçisi məhv edilib.
İraqın paytaxtı Bağdad şəhərində isə terror aktları törədilib. Şəhərin bir neçə yerində partlayışların törədilməsi nəticəsində 5 dinc sakin ölüb, 15 nəfər yaralanıb. Şəhərin küçələrindən birində isə odlu silahla öldürülmüş 1 qadın, 1 kişi meyiti tapılıb.
OXŞAR XƏBƏRLƏR
21:36
1044
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1132
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1148
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
602
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3429
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4187