Liviyada qaçaqmalçı tanker saxlanıldı: ekipajda azərbaycanlılar da var
Liviyanın sahil mühafizə qüvvələri 1,7 mln. litr qaçaqmal dizel yanacağı daşıyan “Kapitan Xəyyam” tankerini saxlayıb.
APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saxlanılan tanker Liviyanın paytaxtı Tripolidəki dəniz bazasına gətirilib.
“Sahil mühafizə qüvvələri ərazidə patrul xidməti çəkərkən göyərtəsində 1,7 mln. litr dizel yanacağı olan tanker saxlayıb”, - deyə Liviya sahil mühafizə qüvvələrinin nümayəndəsi Əbu Acil bildirib.
O həmçinin əlavə edib ki, saxlanılan 12 nəfərdən ibarət heyət üzvləri arasında Türkiyə, Azərbaycan və Ukrayna vətəndaşları var.
OXŞAR XƏBƏRLƏR
21:36
1044
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
1132
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
1147
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
602
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3429
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4187