Gədəbəydə sərxoş məktəb direktoru maşının altına düşüb
Gədəbəydə məktəb direktorunu avtomobil vurub. Hadisə Gədəbəydə rayonunun mərkəzində, Heydər Əliyev prospektində baş verib. Gədəbəy rayon Polis Şöbəsindən bildiriblər ki, 47 yaşlı Mahal Sadıqov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, Yenikənd kənd sakini, rayon 4 nömrəli məktəbin direktoru, 39 yaşlı Əjdər Ələsgərovu vurub. APA TV-nin məlumatına görə, xəsarət alan Əjdər Ələsgərov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, Əjdər Ələsgərov hadisə baş verən zaman sərxoş olub. Sürücü Mahal Sadıqov isə saxlanılıb. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:39
602
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
585
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
576
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
1003
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1029
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1271