Qazaxda ağır qəza: 3 nəfər hadisə yerində öldü
Qazaxda iki nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə hadisə Bakı-Qazax magistralının 479-cu km-də, Qazax rayonu ərazisində qeydə alınıb.
Sürətlə idarə olunan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb. Qəza zamanı sürüsü Qazax rayon sakini 35 yaşlı Elfaq Bəyimov, sərnişin 25 yaşlı Şirxan Əhmədov hadisə yerində, 34 yaşlı Niyaməddin Vəliyev xəstəxanada keçiniblər.
Avtomobildə olan digər 2 nəfər - 22 yaşlı Sənan Abbaszadə, və 21 yaşlı Vidadi Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Qəza nəticəsində avtomobildə sıxılıb qalan sürücü və sərnişinlər FHN-nin yanğınsöndürən-xilasediciləri tərəfindən çıxarılıblar. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı