ABŞ: Əsəd Suriyanı hərb yolu ilə nəzarətə götürəcəyini düşünürsə, yanılır
Birləşmiş Ştatlar Dövlət Departamentinin sözçüsü Mark Toner Suriya prezidenti Bəşər Əsədin ölkə üzərində yenidən nəzarəti bərpa edəcəyinə dair verdiyi açıqlamalara münasibət bildirib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Toner keçirdiyi ənənəvi mətbuat konfransında deyib ki, əgər Bəşər Əsəd Suriya məsələsinin həllinin hərb yolu ilə mümkün olacağını düşünürsə, yanılır.
O, həmçinin Rusiyanın Suriya müxalifət qüvvələrinə aviazərbələr endirilməsini dayandırmalı olduğunu da qeyd edib. Toner Münhendə əldə olunan razılaşmaların vacibliyini bildirərək, bu razılaşmalara əməl edilməsinin mühüm əhəmiyyət daşıdığını önə çəkib. ABŞ rəsmisi Münhen razılaşmaları fonunda Rusiyanın terrorçu hesab etdiyi qüvvələrə qarşı mübarizənin davam etdiriləcəyi ilə bağlı açıqlamalarının qəbuledilməz olduğunu deyib.
Onun fikrincə, Bəşər Əsədə dəstək verilməsi bölgədə vəziyyəti daha da çətinləşdirir. Departament rəsmisi hesab edir ki, Rusiya son üç ay ərzində verdiyi vədləri yerinə yetirməli, Suriyada vəziyyətin daha da gərginləşməsinə səbəb olan addımlardan çəkinməlidir. O, ötən gün razılaşmaya imza atan bütün ölkələr üçün əsas hədəfin birlikdə Suriyanı sülhə doğru aparmaq olduğunu bildirib. Mark Toner hər hansı bir etnik qruplaşmanın Suriyada nəzarəti ələ keçirməsinə imkan verilməyəcəyini də qeyd edib.
Qeyd edək ki, Münhen konfransında Suriya məsələsi ilə bağlı atəşkəs razılaşmasının əldə olunmasından sonra AFP agentliyinə müsahibə verən Bəşər Əsəd ölkə üzərində nəzarəti bərpa edəcəyini, fəqət, bunun ağır nəticələrə səbəb olacağını bildirib.
OXŞAR XƏBƏRLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib