Suriyada bombardmanlar davam edir - ATƏŞKƏSƏ ƏMƏL OLUNMUR
Sülh danışıqları fonunda Suriyada aviazərbələr davam edir. APA TV-nin "Euronews"a Suriyadakı xilasetmə əməliyyatlarında iştirak edən mülki müdafiə qüvvələri tərəfindən ölkənin şərq hissəsində yerləşən Sakbı Qute şəhərinin bombardman edilməsindən sonrakı görüntüləri lentə alınıb.
Sözü gedən şəhərə aviazərbələr Almaniyanın Münhen şəhərində sülh razılaşmasının əldə olunmasından cəmi bir neçə saat sonra endirilib. Suriya prezidenti Bəşər Əsəd "Frans Press" agentliyinə müsahibəsində bütövlükdə ölkə üzərindəki nəzarəti bərpa edəcəyini açıqlayıb. Türkiyə ərazisində suriyalı qaçqınların yerləşdirildiyi düşərgələrə humanitar yardımlar daxil olmaqda davam edir.
Ötən gün sözü gedən düşərgələrə Ümumdünya Ərzaq Proqramı çərçivəsində 25 yük maşını ilə humanitar yardım çatdırılıb. Qurumdan verilən məlumata görə, aviazərbələrin davam etdiyi son həftələr ərzində 70.000-dən çox dinc sakin ərazini tərk edib.
OXŞAR XƏBƏRLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib