Xristian tarixində ilk: Rus Pravoslav və Roma-Katolik kilsə rəhbərləri görüşdülər
Kubanın paytaxtı Havanada Roma Papası Fransisk və Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və bütün Rusiyanın patriarxı Kirill arasında görüş olub.
APA TV-nin məlumatına görə, bu, tarixdə Rus Pravoslav və Roma-Katolik kilsə rəhbərlərinin ilk görüşüdür.
Kirill və Fransisk arasında keçirilən görüşün yekunlarına dair Bəyannamə imzalanıb. Din rəhbərləri dünya ictimaiyyətini birləşərək terrorizmə son qoymağa çağırıblar.
“Münaqişələrə son qoymaq, insan həyatına dünyanın hər bir guşəsində hörmətlə yanaşılması naminə birgə çalışmalıyıq”, deyə Patriarx Kirill qeyd edib. Roma Papası, öz növbəsində, danışıqların səmimi şəraitdə keçdiyini vurğulayıb.
“Biz iki qardaş kimi söhbət etdik. Çünki dinimiz birdir və eyni yolları arayırıq”.
Tərəflər Kuba hökumətinə görüşün keçirilməsinə imkan yaratdığına görə minnətdarlıqlarını bildiriblər.
OXŞAR XƏBƏRLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib