Moskvaya iqtisadi zərbə: Ukraynada Rusiya yük maşınlarının hərəkəti dayandırıldı
Ukraynanın qərbində Rusiyaya məxsus yük maşınları saxlanılır. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, nəqliyyat vasitələri Nijnie Vorota qəsəbəsi yaxınlığında saxlanılır.
Həmin yük avtomobilləri Rusiyanın Avropa ilə ticarət əlaqələrində istifadə olunur. Bundan əvvəl də "Zakarpatye fəalları" adlandırılan qruplar Rusiya maşınlarının əraziyə buraxılmaması üçün bölgədə blok-postlar yaradıblar.
Həmin şəxslər bu aksiyanı Krımın ilhaq edilməsi və Şərqi Ukraynada Rusiya müdaxiləsinə son qoyulana qədər davam etdirəcəklərini bildiriblər. Onlar Rusiyanın ticarət nəqliyyatına Ukrayna üzərindən qadağa qoyulması məsələsini Ali Radaya da təqdim edəcəklərini açıqlayıblar.
Xatırladaq ki, analoji hal ötən ilin sentyabrında da yaşanıb. O zaman Rusiyanın Krıma göndərdiyi yük maşınları yarımadaya buraxılmırdı.
OXŞAR XƏBƏRLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib